Bənövşəyi çiçək dənizi: Qəbələnin lavanda sahələrinə səyahət
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qəbələnin lavanda sahələri.
Azərbaycanın turizm incilərindən olan Qəbələ qədim tarixlə əsrarəngiz təbiətin qovuşduğu füsunkar bir bölgədir. Bu diyar ilin bütün fəsillərində - yazın oyanışından qışın ağ örpəyinə qədər hər zaman öz gözəlliyini başqa bir rəngdə göstərir. Elə buna görə də hər il minlərlə yerli və xarici turist təbiətin qoynunda dincəlmək üçün yolunu mütləq buradan salır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələnin bu ecazkar mənzərəsini tamamlayan ən uğurlu məkanlardan biri də Çuxur Qəbələ kəndində yerləşən "Essenso Garden" aqroturizm mərkəzidir. 30 hektar ərazidə salınan və 2018-ci ildən fəaliyyət göstərən bu məkanda kənd təsərrüfatı turizmlə uğurla sintez olunub. Mərkəzdə lavanda və digər aromatik bitkilər becərilir, həmçinin təbii lavanda yağı və müxtəlif növ ekoloji məhsullar hazırlanır.
May ayının ortalarından oktyabrın sonunadək davam edən turizm mövsümündə geniş lavanda sahələri bənövşəyi bir çiçək dənizini xatırladır. Ərazidəki digər bitkilər isə bu füsunkar təbii tabloya yeni və fərqli çalarlar əlavə edir.
Ziyarətçilərin ən çox üz tutduğu dekorativ və tematik fotozonalar Qəbələnin gözəlliyini sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya tanıdır.
Günəş üfüqə doğru endikcə, qızılı şüaların bənövşəyi üfüqlə yaratdığı vəhdət ərazini rəssam fırçasından çıxmış tabloya bənzədir. Bu füsunkar mənzərəni izləyən turistlər nağılvari anların təkcə fotolarda deyil, yaddaşlarında da əbədi iz qoyacağını bildirirlər.
Lavanda ətri ilə dolu bu sakit və sonsuz gözəllik hər bir qonağın ruhunu dinləndirən unudulmaz bir səyahət ünvanıdır.


Digər xəbərlər
Rəşadət və demokratiyanın müdafiəsi epopeyası: Türkiyədə 2016-cı il iyulun 15-də həlak olan qəhrəmanların xatirəsi anılır
Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Geofit bitkilərin populyasiyası sürətlə azalır
Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər
“Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində Lənkəranda maarifləndirici tədbir keçirilib
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə bəzi reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb
Xəbər lenti
Ən çox oxunan
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR