Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə iyulun 9-da Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, rəsmi qəbulda Xarici İşlər Nazirliyi və bir sıra dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələri, Milli Məclisin deputatları, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.
Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb.
Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.
Rəsmi qəbul konsert proqramı ilə davam edib.


Digər xəbərlər
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur
Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib
Nazir: Zəngəzur dəhlizi ilə bağlı sənədlərin hazırlanması prosesi gedir
Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub
Xəbər lenti
Ən çox oxunan
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR
