Dünyanın 10 ən dəyərli klubu bəlli olub

11:30 / 01.06.2025 Oxunub: 89

Forbes jurnalının versiyasına görə "Real" dünyanın ən dəyərli klubu elan edilib.

Trend xəbər verir ki, qiymətləndirmələr klubun dəyərini (özəl kapital və xalis borc daxil olmaqla) əks etdirir və hər liqanın və klubun tarixi sövdələşmələri və gələcək iqtisadi göstəriciləri əsasında hesablanıb.

Klubun təxmini dəyəri hər komandanın stadionunun iqtisadi təsirlərini nəzərə alır, lakin stadionun daşınmaz əmlak kimi dəyərini əhatə etmir. Digər idman aktivlərindəki paylar və daşınmaz əmlak layihələrindəki iştirak da qiymətə daxil edilməyib.

Ən bahalı 10 klub belədir:

1. "Real"(Madrid) – 6,75 milyard dollar (+2% il ərzində);

2. "Mançester Yunayted" – 6,6 milyard dollar (+1%);

3. "Barselona" – 5,65 milyard dollar (+1%);

 

Ətraflı

4. "Liverpul" – 5,4 milyard dollar (+1%);

5. "Mançester Siti" – 5,3 milyard dollar (+4%);

6. "Bavariya" – 5,1 milyard dollar (+2%);

7. PSJ – 4,6 milyard dollar (+5%);

8. "Arsenal" – 3,4 milyard dollar (+31%);

9. "Tottenhem" – 3,3 milyard dollar (+3%);

10. "Çelsi" – 3,25 milyard dollar (+4%).



Digər xəbərlər

Xəbər lenti

03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ