Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

10:30 / 16.05.2025 Oxunub: 264

3x3 kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, yarışın Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında yığmamız Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdan ibarət olacaq.
Komandaya baş məşqçi Zaur Paşayev rəhbərlik edəcək.

B qrupunda yer alan millimiz mayın 24-də Kanada, 25-də Böyük Britaniya basketbolçuları ilə qarşılaşacaq.

 



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ