Ərdoğan: Türkiyənin inkişaf hədəflərinə nüvə enerjisi olmadan çatmaq mümkün deyil

Türkiyənin 2053-cü ilə qədər elan etdiyi inkişaf hədəflərinə nüvə enerjisindən istifadə etmədən çatmaq mümkün deyil. 4 800 MVt gücündə “Akkuyu” AES-in istifadəyə verilməsi ölkəmizin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının nəticələrinə dair keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, cari ilin vəziyyətinə görə, dünyada 31 ölkədə 416 aktiv nüvə reaktoru fəaliyyət göstərir. Həmçinin Türkiyə də daxil olmaqla, 15 ölkədə 62 yeni reaktor inşa olunur.
Prezidentin sözlərinə görə, Türkiyənin cənubunda Mersin vilayətində yerləşən “Akkuyu” AES 35 milyon ton zərərli maddənin atmosferə atılmasının qarşısını alacaq, nüvə stansiyasının fəaliyyətinin Türkiyə ÜDM-inə müsbət töhfəsi isə 50 milyard dollara çatacaq.
Türkiyə lideri eyni zamanda Sinop vilayətində də yeni AES-lərin inşası planlarının tənqidini “cahillik və qərəz” adlandırıb. “Belə ritorika nə Sinop sakinlərinə, nə də Türkiyəyə fayda verməyəcək”, – deyə Prezident vurğulayıb.



Digər xəbərlər
jpeg-1757406957.jpeg)
Mikayıl Cabbarov amerikalı nümayəndələrlə Orta Dəhlizi müzakirə etdi

Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"

Rusiyaya nota verildi

Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sistemində hansı rolu oynayacaq?

Fazil Mustafa: Vaşinqton bəyannaməsi mahiyyət etibarilə ilkin sülh sazişidir

Prezident İlham Əliyev: COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb
Xəbər lenti
Ən çox oxunan
