Prezident İlham Əliyev: COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb

Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı müraciətində, həmçinin xatırladıb ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış edib, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışıb.
“Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.



Digər xəbərlər

Çindən Azərbaycana yola düşən qatar Bakıya ÇATDI

Qızıma kirayə ev axtarırıq, bizim imkanımız olsaydı... — Fərqanə Qasımova
jpg-1757406705.jpg)
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanların NƏZƏRİNƏ

"Azərpoçt" Kəlbəcərdə fəaliyyətə başlayıb

Azərbaycan Prezidenti: Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır

Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
Xəbər lenti
Ən çox oxunan
