Fransa XİN: Ukraynada atəşkəs olmadan sülh danışıqları mümkün deyil
jpg-1747307768.jpg)
Fransa Ukraynanın sülh danışıqlarında iştirakını dəstəkləyir və Moskva danışıqlardan yayınmağa davam edərsə, Rusiyanın neft və maliyyə sektoruna qarşı kütləvi sanksiyalara hazırlaşır.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Türkiyədə NATO ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə bildirib.
Nazir mayın 15-də İstanbulda Ukrayna və Rusiya arasında aparılacaq müzakirələrdə "üç tələ"yə düşməkdən, xüsusilə də atəşkəs olmadan danışıqlar aparmaqdan çəkindirib.
Barronun sözlərinə görə, birinci tələ "Ukraynaya bombalar yağarkən" danışıqlar aparmaq; ikinci tələ Ukraynanın demilitarizasiyasını “sırımağa” çalışmaq və Kiyevin müharibədən sonra tərəfdaşlarından etibarlı təhlükəsizlik zəmanətləri axtarmasına mane olmaq; üçüncü tələ isə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsidir.
O vurğulayıb ki, bu "tələlər" 2022-ci ildə İstanbulda aparılmış danışıqların uğursuz olmasına səbəb olub.



Digər xəbərlər

Deputatdan Nikol Paşinyana ŞİLLƏ KİMİ CAVAB
jpg-1747395495.jpg)
Prezident İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb
jpg-1747392173.jpg)
İlham Əliyevin Tiranada Çexiyanın Baş naziri ilə görüşü olub
jpg-1747392060.jpg)
İlham Əliyev Albaniyada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb
