Kral Çarlz Kanadada parlamentin açılışında çıxış edib

Böyük Britaniya Kralı III Çarlz Kanadada parlamentinin yeni sessiyasının açılışı münasibətilə rəsmi nitqlə çıxış edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, bu nitqi Baş nazir Mark Karninin hökuməti tərəfindən hazırlanmış mətn əsasında səsləndirib. Çıxışında Kral, Kanada ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan yeni iqtisadi və təhlükəsizlik münasibətlərinin qurulacağını və bunun hər iki suveren dövlətin maraqlarına xidmət edəcəyini bildirib. O əlavə edib ki, Kanada hökuməti ticarət müharibələrinin yaratdığı çətinliklərə sadəcə tab gətirməklə kifayətlənməyəcək, əksinə bu dövrdən daha güclü çıxmaq üçün yeni bir inkişaf dövrünün əsasını qoyacaq.
Nitqinin sonunda Kral Çarlz Kanada Dövlət Himnindən sitat gətirərək “Əsl Şimal həqiqətən güclü və azaddır” sözlərini vurğulayıb. Bu sözlər parlament üzvləri tərəfindən alqışla qarşılanıb.
Kralın Kanadaya səfəri baş nazir Mark Karninin dəvəti ilə baş tutub. Qeyd edək ki, bu cür nitqi sonuncu dəfə 1977-ci ildə mərhum Kraliça II Elizabet səsləndirmişdi.



Digər xəbərlər

Qazaxıstanda uzun müddət axtarılan orta əsr şəhəri tapılıb

İtaliya sahillərində qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrant xilas olunub

Tramp administrasiyası Harvardla 100 milyonluq müqavilələrin ləğvini tələb edir

PULSUZ DOĞUŞ ləğv oluna bilər
jpg-1747657501.jpg)
Türkiyənin Maltadakı səfiri vəfat edib
jpeg-1747389802.jpeg)
“Eurovision 2025”də ikinci yarımfinalın qalibləri açıqlandı – Ermənistan... - FOTO
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)