PULSUZ DOĞUŞ ləğv oluna bilər

Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov ölkədə miqrant qadınların pulsuz doğuş imkanlarının məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bunun səhiyyə sisteminin və büdcənin yükünü azaltmaq üçün zəruri olduğunu iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə deputat ura.ru-ya müsahibəsində danışıb.
O vurğulayıb ki, icbari tibbi sığorta (İTS) çərçivəsində pulsuz tibbi xidmət hüququ yalnız Rusiya vətəndaşları üçündür.
"İcbari tibbi sığorta formasında pulsuz tibbi xidmət yalnız Rusiya vətəndaşlarına aiddir. Əcnəbilərə gəlincə, onlar Rusiyada rəsmi olaraq işlədikləri və işəgötürənləri onlara ən azı üç il sığorta haqqı ödədikləri halda İTS polisi almaq hüququna malikdirlər. Qalan hər kəs ödəniş etməlidir", - deyə Mironov bildirib.
Siyasətçi ölkəyə giriş edənlər üçün məcburi tələbin tətbiq olunmasını təklif edib: könüllü tibbi sığorta polisinin olması. Onun fikrincə, sənədi ya miqrantın özü, ya da qəbul edən tərəf təqdim edə bilər, lakin o, sərhəd-keçid mərhələsində təqdim edilməlidir.



Digər xəbərlər

Qazaxıstanda uzun müddət axtarılan orta əsr şəhəri tapılıb

İtaliya sahillərində qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrant xilas olunub

Tramp administrasiyası Harvardla 100 milyonluq müqavilələrin ləğvini tələb edir

Kral Çarlz Kanadada parlamentin açılışında çıxış edib
jpg-1747657501.jpg)
Türkiyənin Maltadakı səfiri vəfat edib
jpeg-1747389802.jpeg)
“Eurovision 2025”də ikinci yarımfinalın qalibləri açıqlandı – Ermənistan... - FOTO
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)