Tramp administrasiyası Harvardla 100 milyonluq müqavilələrin ləğvini tələb edir
 

10:50 / 28.05.2025 Oxunub: 159

 

Tramp administrasiyası federal qurumlara Harvard Universiteti ilə təxminən 100 milyon dollar dəyərində müqavilələri ləğv etməklə bağlı müraciət ünvanlayıb.

AZƏRTAC-ın məlumatına görə, Ümumi Xidmətlər Administrasiyası adından göndərilən məktubda agentliklər universitetlə müqavilələri nəzərdən keçirməyə və alternativ qurumlarla əlaqələrə başlamağa çağırılır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Harvard Universitetini liberalizm və antisemitizm yuvası adlandırıb. Universitet aprelin 21-də administrasiyanın universitetin rəhbərliyi, idarəetmə və qəbul siyasətində dəyişiklik edilməsi ilə bağlı çağırışları barədə məhkəmə iddiası qaldırıb.



Digər xəbərlər

Xəbər lenti

07 Iyun 2025
04 Iyun 2025
03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ