Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə tər qızılgüllər düzüb, xatirəsini ehtiramla anıb.
Sonra fəxri qarovulun iştirakı ilə Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət olunub, abidələrin önünə əklillər qoyularaq şəhidlərimizin xatirəsi yad edilib.


Digər xəbərlər
Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur
Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib
Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
Nazir: Zəngəzur dəhlizi ilə bağlı sənədlərin hazırlanması prosesi gedir
Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub
Britaniya mediası Azərbaycan nümayəndə heyətinin Kral III Çarlz tərəfindən təşkil olunan qəbulda iştirakından yazır
Xəbər lenti
Ən çox oxunan