Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib
Türkiyənin hökumət üzvləri və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndələri 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun paylaşımında Azərbaycan Ordusunun hərbi qulluqçularına xidməti vəzifələrinin icrasında uğurlar arzu edib.
Nazir Türkiyə ilə Azərbaycan arasında qardaşlığın və həmrəyliyin sarsılmaz olduğuna əminliyini ifadə edib.
AK Partinin Türk Dünyası ilə Əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu Azərbaycan Silahlı Qüvvələrini ölkəmizin “müstəqilliyinin və milli birliyinin ən mühüm təminatlarından biri” adlandırıb.
“Bu gün qəhrəmancasına həlak olmuş Azərbaycan hərbi qulluqçularının xatirəsini ehtiram və minnətdarlıq hissi ilə yad edir, dost və qardaş Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq. Qoy, “Bir millət, iki dövlət” kəlamına əsaslanan qardaşlığımız əbədi olsun”, – deyə siyasətçinin paylaşımında bildirilir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri, o cümlədən FNSS Savunma Sistemleri A.Ş. də təbrik ediblər.


Digər xəbərlər
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bəzi dağ çaylarında qısamüddətli daşqın olacaq XƏBƏRDARLIQ
Azərbaycan Ordusu güclü ordular sırasındadır
Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq