“Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır
 

18:26 / 26.06.2026 Oxunub: 32

 

Almaniyanın nəhəng avtomobil istehsalçısı “Volkswagen” konserni qarşıdakı illərdə genişmiqyaslı restrukturizasiya proqramı çərçivəsində dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi nəzərdən keçirir.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, plan reallaşacağı təqdirdə bu, konsernin hazırda malik olduğu təxminən 657 min iş yerinin əhəmiyyətli hissəsini əhatə edəcək. Beləliklə, ixtisarların həcmi 2030-cu ilədək nəzərdə tutulan və indiyədək 50 min iş yerini əhatə edən əvvəlki hədəfdən iki dəfə çox olacaq.

Məlumata əsasən, “Volkswagen” rəhbərliyi tərəfindən hazırlanan yenidənqurma konsepsiyası çərçivəsində Almaniyadakı dörd zavodun – Hannover, Zvikau və Emden şəhərlərində yerləşən müəssisələrin, həmçinin Nekkarzulmdakı “Audi” zavodunun fəaliyyətinin dayandırılması nəzərdən keçirilir. Hazırda həmin müəssisələrdə istehsal olunan modellərin istehsal dövrü başa çatdıqdan sonra zavodların bağlanması mümkün sayılır.

Bununla yanaşı, konsernin strukturunun yenidən təşkil edilərək əsas “Volkswagen” markasının və komponent istehsalı bölməsinin ayrıca şirkətlərə çevrilməsi də planlaşdırılır.



Digər xəbərlər

Xəbər lenti

26 Iyun 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ