Rusiya Xarici İşlər Nazirliyi Moldova səfirinə etirazını bildirib
Rusiya Xarici İşlər Nazirliyi Moldovanın bu ölkədəki səfiri Lilian Dariyanı nazirliyə çağıraraq, Kişineu hava limanında Rusiya diplomatik kuryerləri ilə bağlı baş vermiş insidentə görə ona qəti etirazını bildirib.
AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfirə Rusiya tərəfinin Moldovanın 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarını pozması ilə bağlı verbal nota təqdim olunub.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, iyunun 25-də nazirliyin diplomatik kuryerləri Kişineu hava limanında bir neçə saat saxlanılıblar. Nazirliyin iddiasına əsasən, onlardan diplomatik poçtun yoxlanılması və mobil rabitə vasitələrinin "könüllü" şəkildə təhvil verilməsi tələb olunub. Bundan əlavə, Moldovadakı Rusiya səfirliyinin diplomatlarının Rusiya Xarici İşlər Nazirliyinin ölkəyə gəlmiş əməkdaşlarına konsulluq yardımı göstərmək üçün hava limanının xüsusi rejimli zonasına daxil olmalarına icazə verilməyib.
Məlumatda bildirilir ki, nəticədə Rusiya diplomatik kuryerləri Moldova ərazisinə daxil ola bilməyiblər və Rusiyaya qayıtmağa məcbur olublar.


Digər xəbərlər
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub
Fransa Hərbi Dəniz Qüvvələri Siciliya sahillərində Rusiyanın “kölgə donanmasına” aid neft tankerini saxlayıb
“Volkswagen” şirkətinin rəhbərliyi 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Avropa İttifaqı enerji şəbəkələrinin yenilənməsini sürətləndirir
“Axios”: ABŞ İranın aktivlərinin bir hissəsini qaytara bilər