Müəllimlər üçün sertifikasiya imtahanları təşkil olunacaq: Fənlər açıqlandı

13:00 / 13.05.2025
Oxunub: 54
"18-26 iyun tarixlərində müəllimlərin sertifikasiya imtahanları təşkil olunacaq".
Bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu tarixlərdə ilk dəfə kimya, biologiya, fizika, coğrafiya, informatika fənləri üzrə sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün şərait yaradılacaq:
"Eyni zamanda, ötən il birinci cəhdi uğursuz olan müəllimlərə bu il də şərait yaradılacaq. İmtahan məkanının saatı, tarixi barədə məlumatlar hər bir müəllimin şəxsi kabinetinə göndəriləcək. Bu məlumatlar, demək olar ki, sabah gün sonuna qədər kabinetlərdə əks olunacaq".



Digər xəbərlər
Xəbər lenti
13 May 2025