Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyəyə qastrol səfəri edəcək.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində teatr kollektivi iki gün ərzində həm uşaqlar, həm də böyüklər üçün tamaşa təqdim edəcək. Bu qastrol səfəri Azərbaycan teatr sənətinin beynəlxalq müstəvidə tanıdılması, milli-mədəni dəyərlərimizin təbliği və ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu səfər “Azərbaycan mədəniyyəti 2040” Konsepsiyası çərçivəsində təşkil olunur və milli teatr sənətinin inkişafı, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və yeni tamaşaçı auditoriyasının formalaşdırılması üçün mühüm imkanlar yaradır.
Qastrol proqramında nümayiş olunacaq tamaşalar müasir səhnə tərtibatı, peşəkar aktyor oyunu və zəngin kukla estetikası ilə seçiləcək. Teatr kollektivi bu səfərlə Azərbaycan mədəniyyətini və kukla sənətini Türkiyə tamaşaçılarına yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub.


Digər xəbərlər
Kino və televiziya sektorunda yeni LAYİHƏ
Avroviziya yarışması: etirazlar artıb
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə evlənib? Gizlin nikahdan FOTOLAR və VİDEO
EMIN beynəlxalq səhnəyə “Now or Never” albomu ilə qayıdır
Adil Kərimli: "Ortaq türk mədəniyyətinin təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək"