Pakistanlı alpinist buz divarına dırmaşarkən həyatını itirib

18:26 / 08.02.2026 Oxunub: 851

Pakistanın Gilgit-Baltistan bölgəsində faciəli hadisə baş verib. 31 yaşlı alpinist Daulat Şah buz divarına dırmaşarkən yıxılaraq ölüb.

Kanal 20 TV xəbər verir ki, alpinist dırmanışa xarici turistlə birlikdə başlayıb. Lakin dırmanma zamanı qəfil yıxılan Daulat Şah hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, Daulat Şah təcrübəli alpinist olub. O, daha əvvəl dünyanın ikinci ən yüksək zirvəsi sayılan K2 də daxil olmaqla bir neçə dəfə 8000 metrdən yüksək dağlara qalxmağı bacarıb.

Qeyd olunur ki, alpinist 2025-ci ildə əlavə oksigen dəstəyi olmadan Qaşerbrum I zirvəsini fəth etmişdi.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə