Pərvin Abıyeva: Məndən SPONSOR istəyirlər

23:35 / 30.04.2024 Oxunub: 8514

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb.

O, bu barədə “Xəzər axşamı” verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib.

“İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlər bunu, ya bütün aktyor-aktrisalaramı deyirlər, təklif edirlər. Sponsoru belə məndən istəyirlər. “Sponsor olmaz səndə? Bəlkə, tanış edəsən. Bizə sponsor yönləndirəsən”. Axı, niyə? Mən prodüser deyiləm. Filmə çəkilən ərəfədə bunu məndən istəyirlər. Filmlərimdə özümü istədiyim kimi göstərə bilmirəm. Ən böyük səbəblərindən biri kadrarxası yaşananlardır. Saatlarla oturub gözləyirsən, bir səhnəni, bir işığın qurulmağını. Bu bəzən 6-7 saat çəkir. O qədər yoruluram ki, oynaya bilmirəm. İnsana əsəb gəlir, normal qidalanmırsan, normal istirahət otağın, karavanın yoxdur. Mədəm xarab oldu çəkilişlərdə. Noyabrda qida borumdan ağır əməliyyat keçirdim. Ciddi sağlamlıq problemlərim oldu. Axalaziya deyilən xəstəliyim var idi”, - deyə, Pərvin bildirib.



Digər xəbərlər

Xəbər lenti

02 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
30 Mart 2026
29 Mart 2026
26 Mart 2026
19 Mart 2026
17 Mart 2026
16 Mart 2026
15 Mart 2026

Ən çox oxunan

Hadisə

Müsahibə