Qeyri-sabit hava şəraiti iyulun 7-si səhərədək davam edəcək
 

11:27 / 06.07.2025 Oxunub: 37

 

İyulun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.



Digər xəbərlər

Xəbər lenti

06 Iyul 2025
03 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ