Türkiyə və ŞKTC mediası ECO Zirvə görüşünə geniş yer ayırıb
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “ECO məkanında əməkdaşlıq üçün kritik əhəmiyyətə malik” kimi xarakterizə olunan Zirvə görüşünü işıqlandıran media strukturları prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi diqqət yetirib.
Bakının İqtisadi Əməkdaşlıq Təşkilatındakı tərəfdaşları ilə əlaqələri daha da dərinləşdirməyə hazır olması ilə bağlı Azərbaycan dövlət başçısının mövqeyi Türkiyə və ŞKTC-nin çoxmilyonlu auditoriyasına çatdırılıb. Dünyanın 12 ölkəsini təbii qazla təmin edən Azərbaycanın uğurlu enerji siyasəti xüsusi vurğulanıb.
Xankəndidə keçirilən Zirvə görüşü çərçivəsində ikitərəfli görüşlərə dair ayrıca xəbər materialları hazırlanıb.


Digər xəbərlər
Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı var
Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır
“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”
XX əsrin qanlı faciəsi - Xocalı
Tariximizin faciə və zəfər səhifələri
AMEA-da Ramiz Mehdiyevin üzvlüyü məsələsi müzakirəyə çıxarılır
Xəbər lenti
Ən çox oxunan