Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir
 

12:10 / 06.07.2025 Oxunub: 58

 

ABŞ Prezidenti Donald Trampın vergi və xərclərə dair qanun layihəsi ABŞ Sahil Mühafizəsinin Arktikadakı buzqıran donanmasının artırılması üçün 8,6 milyard dollardan artıq vəsaitin ayrılmasını nəzərdə tutur. Vaşinqton bu addımla Rusiyanın və Çinin artan təsirinə qarşı müqavimət göstərməyi planlaşdırır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu maliyyələşdirməyə 3 yeni ağır buzqıran katerinin alınmasına 4,3 milyard dollar, Arktikada orta buzqıran katerlərin alınmasına 3,5 milyard dollar və əlavə yüngül və orta buzqıran katerlərin alınmasına 816 milyon dollar vəsait daxildir.

Yeni katerlər gücləndirilmiş korpuslara və açıq sularda buzların yarılması üçün xüsusi bucaq altında dizayn edilmiş burun hissələrinə malik olacaq.



Digər xəbərlər

Xəbər lenti

06 Iyul 2025
03 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ