Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, onun konkret məqsədi olmalı və bugünkü Ermənistanın mövcud reallığını ifadə etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirdə söyləyib.
Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir. “İndi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.



Digər xəbərlər

Böyük Britaniyanın torf ərazilərində zəhərli metallar aşkarlanıb

İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

BMT: Hazırda 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır

Çikaqoda atışma nəticəsində azı 3 nəfər ölüb
