Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb
 

13:29 / 15.12.2025 Oxunub: 50


Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq.

Bu barədə "Report"a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.



Digər xəbərlər

Xəbər lenti

15 Dekabr 2025
13 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ