Akademik Tofiq İsmayılovun oğluna və digərlərinə HÖKM OXUNDU

14:30 / 25.11.2025 Oxunub: 2074

Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.

KANAL 20 TV APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə bir il sınaq müddəti olmaqla şərti cəza verilib.

Səbinə İsmayılovaya cəza təyin edilməyib.

Təqsirləndirilən şəxslər bir milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.



Digər xəbərlər

Xəbər lenti

02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə