Ağstafa rayonunda üç uşaq anası itkin düşüb: Qızılları da aparıb
Ağstafa rayonunda üç uşaq anası itkin düşüb.
Rayonun Dağkəsəmən kənd sakini Nərgiz Pənah qızı Heydərova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Qadının qayınanası Aidə Heydərova məsələ ilə bağlı Baku TV-yə açıqlama verib.
Onun sözlərinə görə, 35 yaşlı gəlini öz qızı ilə yola getmədiyini bəhanə edərək evi tərk edib:
"Qızı ilə dalaşmağa başlamışdı. Mən də dedim ki, belə etmə. Sən demə evdən getməyə hazırlaşıbmış, bu məsələ sadəcə bəhanə imiş. Paltarını geyinib getdi. Sonra öyrəndim ki, qızılları da aparıb. Daha sonra polislə qayıtdı. Dedim ki, mənə belə gəlin lazım deyil".
Qonşusu Dostu İsmayılovanın evində qalan Nərgiz ona deyib ki, qayınanası tərəfindən döyülüb və öz qardaşıgilə gedəcək. Lakin bu günə ondan xəbər yoxdur.


Digər xəbərlər
Şamaxı-Ağsu sərhəddində zəlzələ: Pirqulu yaxınlığında yeraltı təkanlar hiss olundu
İndoneziyada sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Suriyada tarixi qərar: Novruz artıq rəsmi dövlət bayramıdır
Şəhərin 36-cı məhəlləsində aptekdə yanğın: FHN qüvvələri əraziyə cəlb olundu
Jurnalist Yevgeni Safronovun ölümü ilə bağlı istintaq aparılır
Konstitusiya və Suverenlik İli: 3 846 məhkum amnistiyadan yararlandı
Xəbər lenti
Ən çox oxunan