Sabah leysan yağacaq, yolların buz bağlaması gözlənilir - XƏBƏRDARLIQ
 

13:30 / 15.12.2025 Oxunub: 50


Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.



Digər xəbərlər

Xəbər lenti

15 Dekabr 2025
13 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ