Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Bu cür yarışın işğaldan azad olunmuş ərazilərdə təşkili Azərbaycanın dünya miqyasında bir daha tanıdılmasına kömək olacaq. Xaricilər də bizim gözəl, füsunkar, səfalı yerlərimizin olduğunu görəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mayın 10-14-də keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped yarışı öncəsi təşkil olunan mətbuat konfransında deyib.
S. Ələkbərov yaşın ümumi mükafat fondunun 50 min avrodan çox olduğunu qeyd edib.
Qeyd edək ki, mayın 10-da start götürəcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.


Digər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Rail Məlikov: "Toral Bayramov üçün Türkiyə Superliqası klubları daha uyğun olardı"
“Qarabağ” klubunun aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcək
Bu il Azərbaycan minifutbol üzrə Avropa Kubokunda təmsil olunacaq
Qurban Qurbanov: Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq
"Sabah" basketbol klubu baş məşqçisi Rimas Kurtinaytislə yollarını ayırıb
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib