UEFA Çempionlar Liqası: “İnter” - “Barselona” oyunu

12:30 / 01.05.2025 Oxunub: 85

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir matçı keçirilib.

“İnter” İspaniyada “Barselona”nın qonağı olub.

Matçda hesab artıq 30-cu saniyədə açılıb. Qonaq komandanın hücumçusu Markus Tyuram fərqlənib. 21-ci dəqiqədə Dumfris Françesko Acerbinin ötürməsi ilə komandasının hesabdakı fərqini ikiyə çatdırıb. Üç dəqiqə sonra “Barselona”nın heyətində Lamin Yamal fərqlənib. 38-ci dəqiqədə Rafinyanın ötürməsindən Ferran Torres matçda hesabı bərabərləşdirib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Denzel Dumfrisin künc zərbəsindən sonra qonaqları hesabda önə keçirib. Ötürməni Hakan Çalxanoğlu edib. Bir dəqiqə sonra, 65-ci dəqiqədə "Barselona"nın künc zərbəsindən sonra Rafinya topu cərimə meydançasının kənarından qapıya göndərib.

Beləliklə, görüşün yekun hesabı 3:3 olub.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

30 aprel

23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya) – 3:3

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək



Digər xəbərlər

Xəbər lenti

01 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ