Avroliqa: “Fənərbağça” pley-offda ikinci qələbəsini qazanıb, “Anadolu Efes” seriyanı bərabərləşdirib
 

10:45 / 25.04.2025 Oxunub: 105

 

Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" ikinci matçda da Fransanın "Paris" komandasını (89:72) məğlub edib. İstanbulun digər klubu "Anadolu Efes" isə Yunanıstanda "Panatinaikos"u 79:76 hesabı ilə üstələyib.

Hazırda “sarı lacivərdlilər” seriyada 2:0 öndədir. “Anadolu Efes” isə qalibiyyət sayəsində seriyanı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, bu gün pley-off mərhələsində daha iki qarşılaşma təşkil olunacaq. “Monako” Fransada İspaniya “Barselona”sını, “Olimpiakos” isə Yunanıstanda “Real Madrid”i (İspaniya) qəbul edəcək.



Digər xəbərlər

Xəbər lenti

25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ