ÜST Ebola virusuna yoluxmuş beş xəstənin sağalmasını ümidverici hadisə kimi qiymətləndirib
BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Konqo Demokratik Respublikasının şərqində Ebola virusunun nadir Bundibuqyo ştamına yoluxmuş beş xəstənin sağalmasını ümidverici hadisə kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, ÜST baş direktoru İturi əyalətinin paytaxtı Bunia şəhərinə səfəri zamanı yeni Ebola müalicə mərkəzinin açılışında çıxış edib. O bildirib ki, hazırkı ştam üçün təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsi olmasa da, xəstələrin sağalması bunun mümkün olduğunu göstərir.
“Sərhədsiz Həkimlər” təşkilatı virusun yayılma sürətinin cavab tədbirlərini üstələdiyini bildirərək testlərin genişləndirilməsinə və tibbi yardımların artırılmasına çağırıb.
Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.
Bu ölkə ilə həmsərhəd olan Uqandada isə 9 nəfərin Ebola virusuna yoluxduğu təsdiqlənib, 1-i bu xəstəlikdən həyatını itirib.


Digər xəbərlər
“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər
Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Çexiyada xarici təsirin təhlükə kimi qavranılması araşdırılıb
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib