Xəzər dənizi vasitəsilə konteyner daşımalarının qiyməti azalır
 

00:20 / 20.06.2025 Oxunub: 1225

 

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBMN) üzrə konteyner daşımalarının qiyməti aprel ayı ilə müqayisədə may ayında azalıb.

AZƏRTAC “Argus” qiymət agentliyinə istinadla xəbər verir ki, daşıma şirkətləri iyun ayında da qiymətlərin orta hesabla daha 6 faiz enəcəyini ehtimal edir. Çindən Qırmızı dəniz vasitəsilə alternativ marşrut üzrə konteyner daşımalarının bərpası və sabitləşməsi fonunda tariflər artıq üçüncü aydır ki, ucuzlaşır.

Bazar iştirakçıları qeyd edirlər ki, artan rəqabət şəraitində daşıyıcılar Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən kombinə edilmiş marşrut üzrə daha aşağı tariflər təklif etməyə məcburdurlar.

Orta Dəhliz adı ilə tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinlə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçməklə birləşdirir.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə