Üçqat dünya çempionu və olimpiya mükafatçısı 2026-cı ildə karyerasını bitirəcək
 

11:40 / 20.06.2025 Oxunub: 1202


Yaponiyalı fiqurlu konkisürən, üçqat dünya çempionu və Qış Olimpiya Oyunlarının mükafatçısı Kaori Sakamoto 2026-cı ildə karyerasını bitirəcək.

"Report" “Nikkan Sports”a istinadən xəbər verir ki, idmançı məşqçiliyə başlamağı planlaşdırır.

26 yaşlı fiqurlu konkisürən 2022, 2023 və 2024-cü illərdə dünya çempionu adını qazanıb. 2025-ci ildə keçirilən mundialı isə gümüş medalla tamamlayıb. Sakamoto həmçinin 2022-ci ildə Pekində təşkil edilən Qış Olimpiya Oyunlarında fərdi mübarizədə bürünc, komanda yarışında isə gümüş mükafatçı olub.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək.



Digər xəbərlər

Xəbər lenti

17 Mart 2026
16 Mart 2026
15 Mart 2026
14 Mart 2026

Ən çox oxunan

Hadisə

Müsahibə