Xocalının Xanabad kəndinə ilk köç karvanı çatıb – ailələrə mənzillərin açarları təqdim olunub

13:50 / 19.02.2026 Oxunub: 1653

Kanal 20 TV xəbər verir ki, Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı uğurla çatıb və kəndə qayıdan ailələrə yeni mənzillərin açarları təqdim edilib.

Məlumata görə, ilkin mərhələdə Xanabad kəndinə 38 ailənin (154 nəfər) köçürülməsi təmin olunub. Kəndə qayıdan sakinlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Köç karvanını Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bu köç prosesi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir.



Digər xəbərlər

Xəbər lenti

15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə