Yasamalda “Şamaxinka” yol qovşağında hərəkət artıq işıqforla tənzimlənir

11:05 / 20.02.2026 Oxunub: 1797

Yasamal rayonu ərazisində, Moskva prospektinin “Şamaxinka” kimi tanınan hissəsində yol hərəkətinin təşkili ilə bağlı yenilik tətbiq olunub.

Kanal 20 TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yeni işıqfor sistemi quraşdırılıb.

Məlumata əsasən, ümumilikdə 13 svetofor dirəyində nəqliyyat və piyada bölmələri quraşdırılaraq istifadəyə verilib. Yeni işıqforlar Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində, eləcə də yaxınlıqda yerləşən geriyədönmə sahəsində nəqliyyatın hərəkət növbəliliyini tənzimləyir.

Qeyd olunur ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanıb və həyata keçirilən dəyişikliklər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılmasına xidmət edir.



Digər xəbərlər

Xəbər lenti

10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə