Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İki ölkə liderləri arasında cari ilin 9 oktyabr tarixində Düşənbə şəhərində keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların ikitərəfli siyasi dialoqun əsasını təşkil etdiyi vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı həmçinin iki ölkə arasında iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bununla yanaşı, regional platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada aparılan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.


Digər xəbərlər
Ağdərənin Həsənriz kəndinə daha 16 ailə yola salınıb
Qazaxıstanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Paşinyan Moskvada İlham Əliyevə təşəkkür etdi
Ermənistanın KTMT-də statusu ilə bağlı Moskvanın yeni mesajı
Əli Əsədov Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
TÜRKPA Macarıstan parlamenti ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Xəbər lenti
Ən çox oxunan