İlham Əliyev Donald Trampa təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.
Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.
Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.
Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm".
Xatırladaq ki, dekabrın 6-da Donald Tramp ünvanladığı məktubla Azərbaycan Prezidenti İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib.


Digər xəbərlər
Ağdərənin Həsənriz kəndinə daha 16 ailə yola salınıb
Qazaxıstanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Paşinyan Moskvada İlham Əliyevə təşəkkür etdi
Ermənistanın KTMT-də statusu ilə bağlı Moskvanın yeni mesajı
Əli Əsədov Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
TÜRKPA Macarıstan parlamenti ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Xəbər lenti
Ən çox oxunan