Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən "Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı" mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın "Zamin" Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının iki dövlətin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb.
Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Qadınların həyatımızın müxtəlif sahələrində, o cümlədən təhsil və səhiyyə sahələrindəki mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin edilməsi üçün vacibliyi qeyd olunub.


Digər xəbərlər
Ağdərənin Həsənriz kəndinə daha 16 ailə yola salınıb
Qazaxıstanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Paşinyan Moskvada İlham Əliyevə təşəkkür etdi
Ermənistanın KTMT-də statusu ilə bağlı Moskvanın yeni mesajı
Əli Əsədov Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
TÜRKPA Macarıstan parlamenti ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Xəbər lenti
Ən çox oxunan


