Bakı ilə İrəvan arasında sülh sazişi yenidən  müzakirə edilib

17:30 / 08.09.2025 Oxunub: 49

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Slovakiya müdafiə nazirliyinin dövlət katibi İqor Meliher Bakı və İrəvan arasında paraflanmış sülh sazişini müzakirə ediblər.

KANAL20 TV "Armenpress"ə istinadən xəbər verir ki, danışıqlar A.Qriqoryanın Slovakiyaya işgüzar səfəri çərçivəsində baş tutub.

İ.Meliher Ermənistan Təhlükəsizlik Şurasının katibini sənədin imzalanması münasibətilə təbrik edib və Cənubi Qafqazda sülhün regiona və onun hüdudlarından kənara müsbət təsir göstərəcəyini vurğulayıb. A.Qriqoryan Vaşinqtonda əldə edilmiş razılaşmalar və iqtisadi inkişaf imkanları barədə ətraflı məlumat verib.

Tərəflər Ermənistan və Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib və əməkdaşlıq potensialından istifadə etməyə hazır olduqlarını bildiriblər. İ.Meliher Slovakiyanın Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsinə dəstəyini qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

08 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ