Kütləvi zəhərlənmə baş verib, 8 nəfər xəstəxanaya yerləşdirilib

18:15 / 08.09.2025
Oxunub: 58
Ermənistanın Armavir şəhərində kütləvi qida zəhərlənməsindən sonra səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
Ermənistan KİV-ə istinadən xəbər verilir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Onların vəziyyəti orta ağır qiymətləndirilir, bütün xəstələrə vilayət tibb mərkəzində lazımi yardım göstərilir.
Daha əvvəl Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyindən verilən məlumata görə, ümumilikdə 12 nəfər tibbi yardım üçün müraciət edib. Onlar "Armavir Garden" iaşə obyektini ziyarət etdikdən sonra zəhərlənmə əlamətləri hiss ediblər.



Digər xəbərlər
Xəbər lenti
08 Sentyabr 2025
Ən çox oxunan

20:00
08 Sentyabr 2025
135