Bu dəfə Ermənistanda görüşəcəklər

19:30 / 08.09.2025 Oxunub: 58

Yaxın günlərdə Ermənistan və Türkiyə nümayəndələrinin görüşü baş tutacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə brifinqdə Ermənistan parlamentinin vitse-spikeri, iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır:

“Türkiyə tərəfi ilə görüş yaxın günlərdə Ermənistanda keçiriləcək. Gündəliyə Ermənistan–Türkiyə münasibətləri, indiyədək görülən işlər və gələcəkdə atılacaq addımlar daxil edilib”.

Müzakirə olunacaq konkret məsələlər sırasında Ani şəhərindəki tarixi körpünün bərpası və Gümrü–Qars dəmir yolunun açılması da var.

Rubinyan əlavə edib ki, Ermənistan sərhədlərin açılmasının gecikdirilməsi üçün heç bir səbəb görmür:

“Bizim tərəfdən heç bir problem yoxdur. Biz sabahdan sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına hazırıq”.

Xatırladaq ki, Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ankara ilə diplomatik münasibətlər qurulmayıb. İki ölkə arasında münasibətlərə Türkiyənin Qarabağ məsələsindəki mövqeyi, Osmanlı İmperiyasında uydurma “erməni soyqırımı” iddialarını tanımaması və Qars müqaviləsinin ratifikasiyası ilə bağlı ziddiyyətlər mane olub.

Bununla belə, son illərdə iki ölkə arasında dialoq cəhdləri başlayıb. 14 yanvar 2022-ci ildə Moskvada Ermənistan və Türkiyə nümayəndələrinin ilk görüşü keçirilib. Daha sonra, 1 iyul 2022-ci ildə Vyanada baş tutan görüşdə tərəflər qısa müddətdə üçüncü ölkə vətəndaşları üçün quru sərhədini açmaq və iki ölkə arasında birbaşa hava yükdaşımalarını başlamaq barədə razılığa gəliblər.



Digər xəbərlər

Xəbər lenti

08 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ