Füzuli RİH-də kadr dəyişikliyi: Gülbahar Eyvazova vəzifəsindən azad edildi
Füzuli Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri baş verib.
Kanal20 TV xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova tutduğu vəzifədən azad olunub.
Məlumata görə, bununla bağlı icra başçısı Alı Alıyev tərəfindən müvafiq əmr imzalanıb.
Qeyd edək ki, G.Eyvazova ötən ay öz istəyi ilə işdən ayrılması barədə istefa ərizəsi təqdim etmişdi.
İddialara əsasən, istefa qərarına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sosial şəbəkə platforması TikTok üzərindən sərxoş vəziyyətdə canlı yayım açaraq qeyri-etik ifadələr işlətməsi olub.
Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama verilməyib.


Digər xəbərlər
31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Xəbər lenti
Ən çox oxunan