Gecə yatmazdan əvvəl edilən 3 səhv – Buna görə səhər yorğun oyanırıq
Yuxu bədəni və zehni bərpa edən ən vacib proseslərdən biridir. Lakin bir çox insan 7–8 saat yatmasına baxmayaraq, səhər oyananda özünü yorğun, halsız və motivasiyasız hiss edir.
Musavat.com xəbər verir ki, mütəxəssislər bunun səbəbini yuxunun müddətində deyil, yatmazdan əvvəl edilən vərdişlərdə görür.
Gəlin səhər enerjisiz oyanmağımıza səbəb olan 3 əsas səhvə baxaq:
Telefon və ekranlardan uzaqlaşmamaq
Smartfon, planşet və televizorun saçdığı mavi işıq beynə “hələ gündüzdür” siqnalı verir. Bu da melatonin – yuxu hormonunun istehsalını azaldır. Nəticədə yuxuya getmək çətinləşir və bədən dərin yuxu fazasına keçə bilmir.
Məsləhət: Yatmazdan ən azı 30 dəqiqə əvvəl bütün ekranları söndürün və sakit mühit yaratın.
Gecə qəlyanaltı və ağır yeməklər
Yuxudan az əvvəl yeyilən şirin və ya yağlı qidalar orqanizmi yükləyir. Mədə yatmaq əvəzinə qidanı həzm etməyə çalışır, bu da səhər baş ağrısı və halsızlıq yaradır.
Məsləhət: Axşam yeməyini yatmazdan ən azı 2–3 saat əvvəl yeyin, acsanız, yalnız isti süd və ya bitki çayı için.
Zehni gərginlik və beyin yorğunluğu
Bir çox insan yatağa uzananda günün problemləri, sabahkı planlar və stressli düşüncələr içində olur. Bu, bədənin istirahət rejiminə keçməsinə mane olur.
Məsləhət: Yatmazdan əvvəl sakit musiqi dinlə, dərin nəfəs məşqləri et və ya qısa “şükr et, burax, rahatla” meditasiyası sınamağa çalışın.
Səhər enerjili oyanmaq üçün yuxunun keyfiyyətini qorumaq lazımdır. Bəzən sadəcə 3 kiçik vərdişi dəyişməklə – ekranlardan uzaqlaşmaq, yüngül qidalanmaq və zehnini sakitləşdirmək – həyat keyfiyyətini hiss olunacaq dərəcədə yaxşılaşdırmaq mümkündür.


Digər xəbərlər
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub