İcbari tibbi sığortada müştərək maliyyələşmə ödənişi 1 il uzadıldı

12:21 / 24.02.2026 Oxunub: 1497

Kanal 20 TV xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Qanuna edilən dəyişikliklə icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi müddəti 1 il uzadılır. Belə ki, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim xidmətindən istifadə edən sığortaolunanlar, müştərək maliyyələşmə məbləğini 2027-ci il yanvarın 1-dən ödəyəcəklər.

Qeyd edək ki, müştərək maliyyələşmə sığorta hadisəsi zamanı yaranan xərclərin, icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan hissəsinin sığortaolunan tərəfindən ödənilən məbləğidir.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə