Yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Açılışı Gözlənilir

10:53 / 26.02.2026 Oxunub: 1505

Kanal 20 TV xəbər verir ki, yaxın günlərdə ölkədə plastik-estetik və rekonstruktiv cərrahiyyə sahəsində yeni imkanlar təqdim edəcək klinikanın açılışı olacaq.

Səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkədə bu sahədə iki mərkəz fəaliyyət göstərir:

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi – tam kadrlı şöbə və müasir avadanlıqlarla təchiz olunub.

Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazası – əsaslı təmir olunmuş plastik-rekonstruktiv cərrahiyyə klinikası yaxın günlərdə fəaliyyətə başlayacaq.

Nazirin sözlərinə görə, bu addımlar ölkədə estetik və rekonstruktiv cərrahiyyə sahəsinin inkişafına və müasir tibbi xidmətlərin genişləndirilməsinə xidmət edəcək.



Digər xəbərlər

Xəbər lenti

14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə