Nazir Səhiyyənin Təminat Mərkəzinin direktorunu vəzifəsindən azad etdi

19:52 / 27.01.2026 Oxunub: 786

Kanal 20 TV xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Məlumata görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Nəsirov Azər Əhliman oğlu Mərkəzin direktoru vəzifəsindən kənarlaşdırılıb.

Nazirin digər əmrinə əsasən, Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.

Qeyd edək ki, 9 mart 2023-cü il tarixində Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Həmin tarixdən etibarən Mərkəzin direktoru vəzifəsini Azər Nəsirov icra edirdi



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə