Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar açıqlanıb

10:47 / 27.01.2026 Oxunub: 823

İl ərzində dövlət tibb müəssisələrində icra olunan əməliyyatlar arasında ginekoloji əməliyyatlar üstünlük təşkil edib.

Kanal 20 TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Zaur Əliyevin sözlərinə görə, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında təbii doğuşlar birinci yerdə qərarlaşıb. O bildirib ki, bu sahədə müraciətlərin sayı digər əməliyyatlarla müqayisədə daha yüksəkdir.

Agentlik sədri pasiyentlərin tez-tez müraciət etdiyi digər əməliyyatın isə katarakta əməliyyatı olduğunu qeyd edib. Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən prosesə təkcə dövlət tibb müəssisələri deyil, eyni zamanda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələri də cəlb olunur.

Vətəndaşların tibbi xidmətlərə vaxtında çıxışını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə müvafiq göndərişlərin verildiyi vurğulanıb.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə