Vest Bromviç baş məşqçisini 9 oyundan sonra göndərdi

10:39 / 26.02.2026 Oxunub: 776

İngiltərə Çempionşipində çıxış edən Vest Bromviç klubu yanvarda komandaya rəhbərlik edən baş məşqçi Erik Remsini cəmi 9 oyundan sonra istefaya göndərib.

Kanal 20 TV xəbər verir ki, klub rəhbərliyi bu qərarı, komandanın Remsinin rəhbərliyi altında qələbə qazana bilməməsi və turnir cədvəlində geriləməsi səbəbindən verib. Son olaraq, "Çarlton"la ev oyununda 1:1 hesablı heç-heçə nəticələnən matçdan sonra tərəflər yollarını ayırıblar.

Hazırda müvəqqəti olaraq komandaya Ceyms Morrison rəhbərlik edir. Vest Bromviç hazırda 24 komanda arasında 21-ci pillədə qərarlaşmış vəziyyətdədir. Remsi isə baş məşqçi təyin edilərkən komanda 18-ci sırada idi.

34 yaşlı mütəxəssis yanvarın 11-də Rayan Meysonun gedişindən sonra iki il yarımlıq müqavilə imzalamışdı. Daha əvvəl Mançester Yunayteddə Erik ten Haqın köməkçisi kimi fəaliyyət göstərən Remsi, 2019-cu ildə UEFA PRO lisenziyasını alan ən gənc britaniyalı məşqçi kimi tarixə düşüb.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə