Son dəqiqə: HƏRBİÇİ ÖLDÜ

11:30 / 09.04.2025 Oxunub: 4915

Dünən paytaxtın Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kanal 20 tv  "Qafqazinfo"ya istinadla xəbər verir ki, Q.Məmmədov idarə etdiyi "Mercedes Ateco" avtobusu ilə Yeni Yasamal ərazisindən keçən Kənar Dairəvi yolda piyada Məhəbbət Əkrəm oğlu Həsənovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, faciəli şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıbmış. O, müharibədən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilibmiş.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.



Digər xəbərlər

Xəbər lenti

01 Aprel 2026
31 Mart 2026
30 Mart 2026
29 Mart 2026
26 Mart 2026
19 Mart 2026
17 Mart 2026
16 Mart 2026
15 Mart 2026

Ən çox oxunan

Hadisə

Müsahibə