Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı son durum açıqlanıb
 

15:31 / 29.07.2025 Oxunub: 73


Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Bu barədə "Report"a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, xəstənin öz tənəffüsü mövcüd olsa da, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:

"Eyni zamanda böyrək funksiyaları başda olmaqla digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzərə alınaraq xəstənin hərtərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.



Digər xəbərlər

Xəbər lenti

29 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ