AEBA-nın baş direktoru İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

20:00 / 24.04.2025 Oxunub: 162

İran, Rusiya və Çin nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüblər.

Məlumatı “Tasnim” agentlyi yayıb.

Bildirilib ki, görüşdə İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.

Məlumata görə, toplantıda ABŞ ilə İran arasında keçirilən diplomatik görüşlərə dəstək məqsədilə əməkdaşlığın və dialoqun davam etdirilməsinə əhəmiyyət verilib. Bu istiqamətdə AEBA-nın peşəkar və konstruktiv rol oynamaq imkanına xüsusi diqqət ayrılıb.//Report”//



Digər xəbərlər

Xəbər lenti

25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ